Gürcülər "Qarabağ"la oyun öncəsi hücum xəttini gücləndirib

23 İyun 2017 15:38 (UTC+04:00)

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Samtredia” heyətini yeni futbolçu ilə gücləndirib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, son ölkə çempionu  Kutaisi “Torpedo”sunun hücumçusu Nika Sabanadzeni transfer edib. Onunla 1 illik müqavilə imzalanıb. “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.