Ekologiya və Təbii Sərvətlər Nazirliyində YENİ TƏYİNAT

23 İyun 2017 15:36 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.

Movqe.az report-a istinadən xəbər verir ki, Söhrab Abbasov ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri vəzifəsinə təyin edilib.

ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor vəzifəsini müvəqqəti icra edən Xəlil Ramazanov isə əvvəlki kimi nazirliyin Təşkilat protokol şöbəsinin müdiri vəzifəsində işini davam etdirəcək.