Aqrar universitetin fakültələrində silahli qüvvələr günü qeyd edilib

23 İyun 2017 15:56 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və Multikulturalizm” kafedrasını əməkdaşları  Aqrar iqtisadiyyat,  Aqrobiznes və idarəetmə fakültəsində  26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, “İctimai elmlər və Multikultrualizm” kafedrasının müdiri, professor Azad Bayramov tədbir iştirakçılarına  Silahlı Qüvvələrin yaranma tarixindən, keçdiyi şərəfli yoldan ətraflı məlumat verib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayıb,  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu söyləyib.  bidirib. Azad Bayramov  deyib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.

Kafedranın baş müəllimi Sevda Abdullayeva, Zümrüd Qəhrəmanova və  Samirə Qasımova çıxış edib, Silahlı Qüvvələriin keçmişi və bu günü haqqında ətraflı danışıblar. Düşmən  tapdağı altında olan ərazilərimizin tezliklə işğalçılardan azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına  əminliklərini ifadə etdiblər.

Sonda videoçarx nümayiş olunub.

ƏLİHÜSEYN ŞÜKÜROV