Bakıda Formula 1 pilotlarının sıralama turu başladı

24 İyun 2017 17:00 (UTC+04:00)

Bu gün Bakıda Formula 1 pilotlarının sıralama turu başlayıb.

Movqe.az-ın məlumatına görə, təsnifat mərhələsində 10 komandadan 20 pilot iştirak edir.

Yekunda pilotların start düzülüşü müəyyənləşəcək.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.