Formula 1: Bolidin yanma səbəbi müəyyənləşib

24 İyun 2017 18:20 (UTC+04:00)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşü zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib. 

Movqe.az goal.az-a istinadən xəbər verir ki, “Renault” açıqlamada yanğının yanacaq sızmasına görə baş verdiyini yazıb. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən dəyişdiriləcək. Lakin bu dəyişiklik saat 17:00-da qədər mümkün olmadığından C.Palmer sıralama turunda iştirak edə bilməyib.

xatırladaq ki, Colion Palmerin bolidi bu gün keçirilən sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb.