Abşeronda yanğın olub

25 İyun 2017 11:59 (UTC+04:00)

Abşeron rayonunda, vətəndaşa məxsus 20 ton ot bağlamasının 10 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın saat 19:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.