Mosulda güclü partlayış: 12 ölü, 20 yaralı

25 İyun 2017 12:29 (UTC+04:00)

İyunun 25-də Mosulda güclü partlayış baş verib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, intiharçı-terrorçu tərəfindən törədilən hücum nəticəsində azı 12 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.Qeyd edək ki, artıq bir necə aydır Mosulun İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyat aparılır.