Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

25 İyun 2017 14:39 (UTC+04:00)

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib. Movqe.az-ın "Report"a istinadən xəbərinə görə, Binəqədi qəsəbəsi, 1-ci mədən ünvanında yaşayan 1975-ci il təvəllüdlü Abışov Namiq Yadulla oğlu həyat yoldaşı ilə ailədaxili münaqişə edib.
Bu zamanı N.Abışov üz nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.