Qadın özünü qatarın altına ataraq intihar etdi

25 İyun 2017 16:59 (UTC+04:00)

Bu gün Tovuzda qadın özünü qatarın altına ataraq intihar edib.

Movqe.az  “APA”ya istinadən xəbər verir ki, 30-35 yaşlı qadın rayonun Qovlar şəhərində özünü qatarın altına atıb.

Qadının kimliyi və hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.