Bakıda biznes mərkəzində faciə: ölən var

25 İyun 2017 21:27 (UTC+04:00)

Bakıda şirkətlərdən birində ölüm hadisəsi baş verib. Lent.az xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "City Point" biznes mərkəzində yerləşən şirkətin əməkdaşı, 1956-cı il təvəllüdlü Ağası Hüseynovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişənədək o keçinib.