Beyləqanda yanğın olub

26 İyun 2017 12:30 (UTC+04:00)

Beyləqan rayonu, Ağburun qəsəbəsində yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Beyləqan rayonu, Ağburun qəsəbəsində 0.5 ha biçilməmiş taxıl sahəsi, 1 ha biçilmiş taxıl sahəsi və “Toyota” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 20:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.