Bu okeanda 6,2 bal gücündə zəlzələ baş verib

26 İyun 2017 13:00 (UTC+04:00)

Sakit okeanda Polineziyada Tonqa dövlətinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Movqe.az-ın  verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 209 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.