Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

26 İyun 2017 16:30 (UTC+04:00)

Yunanıstanda son günlər 2007-ci ildən sonra ən yüksək temperatur müşahidə olunur.

Movqe.az-ın  məlumatına görə, meteoroloqlar Yunanıstanın bir neçə rayonunda 46 dərəcə isti qeydə alıblar.

Bir neçə gündür ki, Avropanın əksər ölkələrində yüksək temperatur müşahidə olunur. Qitəyə isti hava kütlələrinin Afrikadan gəldiyi deyilir.