Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub (FOTO)

26 İyun 2017 17:00 (UTC+04:00)

Heydər Əliyev Mərkəzinin parkında keçən həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.

Movqe.az-ın məlumatına görə, budəfəki dərs taekvondo üzrə olub.

Dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb.

5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyyələr verilib.