Bakı sakinindən tapança götürülüb

26 İyun 2017 17:30 (UTC+04:00)

Bakı sakinindən tapança götürülüb.

Daxili İşlər Nazirliyindən Movqe.az  verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Məlikovdan "Naqan" markalı tapança və 3 ədəd patron götürülüb.