Qəndab Quliyeva vəfat etdi

26 İyun 2017 13:45 (UTC+04:00)

Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.

Movqe.az-ın "Report"a istinadən məlumatına görə, xalq artisti iyunun 26-da 67 yaşında dünyasını dəyişib. 

Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə  yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

Qeyd edək ki, Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.