Evə basqın edib ana və qızını bıçaqlayan şəxs tutulub

27 İyun 2017 17:11 (UTC+04:00)

Lənkəran rayon sakini İlahə Nəcəfovaya və onun anasına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, iyunun 21-də Lənkəran rayonunun Liman şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.