Salyanda minik avtomobili yanıb

28 İyun 2017 10:30 (UTC+04:00)

Salyanda yanğın qeydə alınıb.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Bəydili kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərriki və salon hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.