Avstraliyada təyyarə qəzaya uğrayıb: 3 ölü

28 İyun 2017 11:00 (UTC+04:00)

Avstraliyanın cənubunda yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Movqe.az-ın  trend-ə istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Məlumata əsasən, qəza Maunt-Qambier şəhərinin yaxınlığında baş verib. Hazırda hadisənin səbəbləri məlum deyil. Araşdırma aparılır.