Koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində azı 40 nəfər ölüb

28 İyun 2017 22:00 (UTC+04:00)

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-xor vilayətində yaşayış məntəqəsinə hava zərbəsi nəticəsində azı 40 dinc sakin həlak olub. Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görö, bu haqda Suriyanın SANA informasiya agentliyi xəbər verib. Məlumata görə, bombardmana Əl-Mayədin şəhəri yaxınlığında yerləşən Əd-Dablən yaşayış məntəqəsi məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir. Onlarla insanın yaralandığı qeyd olunur.