Qaradağda dənizdə batan 1 nəfər xilas edilib

28 İyun 2017 22:48 (UTC+04:00)

Qaradağ rayonunda dənizdə batan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:42-də başa çatıb.