Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu

29 İyun 2017 09:29 (UTC+04:00)

Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. Movqe.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub