Ana və oğlu qəzada öldü - Dəhşətli qəza

29 İyun 2017 09:38 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
 
Movqe.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin - 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.