3 yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı

29 İyun 2017 10:10 (UTC+04:00)

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb. Movqe.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, N.Əliyev küçəsində yerləşən binanın 3-cü mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və yerə yıxılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər uşağın vəziyyətini orta-ağır kimi qiymətləndirir.