Azərbaycanda bayram günlərində qorxunc statistika

29 İyun 2017 11:22 (UTC+04:00)

Ardıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib. Movqe.az xəbər verir ki, iyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb.
 
Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir:
24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı
25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı
26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı
27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı
28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı.
 
Ümumilikdə geridə qalan istirahəıt günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb.