Keçmiş mətbuat katibi axtarışa verildi

29 İyun 2017 11:37 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsi keçmiş diplomat Arif Məmmədovu və və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin axtarışa verildiyi ilə bağlı məlumat yayıb.
 
Movqe.az-ın xəbərinə görə, bu barədə adıçəkilən qurumun saytında məlumat yerləşdirilib.
 
 
Saytda qeyd olunan məlumata görə, 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə axtarış elan edilib.
 
 
1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə axtarış elan edilib.