Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü

29 İyun 2017 12:10 (UTC+04:00)

Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib. Movqe.az xəbər verir ki, Binəqədi rayonu - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi "Mitsubishi L200” markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.
 
Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
 
Faktla bağlı araşdırma aparılır.