22 yaşlı qız faciəli şəkildə öldü

29 İyun 2017 12:39 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az xəbər verir ki, Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.