Bakıda iki qız itkin düşdü

29 İyun 2017 15:10 (UTC+04:00)

Bakı şəhərində 24 və 22 yaşlı qızlar itkin düşüb.  Movqe.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinə rayon sakinləri – 1995-ci il təvəllüdlü Xublar Faiq qızı Əhmədova və 1993-cü il təvəllüdlü Elnurə Əli qızı Məmmədovanın itkin düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb.