Bakıda faciəvi şəkildə ölən qız çempion imiş

29 İyun 2017 13:58 (UTC+04:00)

Dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla vurulan və hadisə yerində vəfat edən 22 yaşlı Reyhan Məmmədova tanınmış idmançı imiş. Movqe.az-ın BakuPost.az-a istinadən xəbərinə görə, Reyhan Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion olub. 
 
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı təsdiqləyib. O bildirib ki, R. Məmmədova bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.