26 ədəd kondisioneri oğurladılar-Dövlət müəssisəsindən

29 İyun 2017 14:39 (UTC+04:00)

Tovuzda oğurluqla məşğul olan şəxs tutulub.Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Bozalqanlı kəndində Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub.
 
Araşdırma aparılır.