Arif Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

29 İyun 2017 17:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Arif Akif oğlu Seyidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Arif Akif oğlu Seyidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.