Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib

29 İyun 2017 17:39 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin: 

polis polkovniki Arzu Arif oğlu Daşdəmirova
polis polkovniki Emil Ramil oğlu Usubova
polis polkovniki Oqtay Əsgər oğlu Kərimova
polis polkovniki Səfər Hüseyn oğlu Əliyevə