Abdullah Gül ermənilərdən ümidini üzməyib
30 Noyabr 2011 13:52 (UTC+04:00)
Ermənistanla Türkiyə arasında mövcud olan problemlər bir dəfəyə
həll oluna bilməz, bu məsələdə bir sıra təşəbbüslər irəli
sürülməlidir.
Bunu Londonda jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının
prezidenti Abdullah Gül deyib.
"Münasibətlərin normallaşdırılması prosesi o qədər dondurulub ki,
onun buzunu bir dəfəyə açmaq mümkün deyil. Bir müddət bunun üçün
münasib şərait yarandı, tərəflər hətta protokollara da imza
atdılar, lakin danışıqlar prosesi sonadək aparılmadı. Müəyyən
çətinliklər yaransa da, münasibətlərin yaxşılaşdırılmasına ümidin
tamamilə itdiyini demək olmaz", - deyə A. Gül vurğulayıb.