Səudiyyə Ərəbistanında sabiq vəliəhd həbs olundu

29 İyun 2017 22:00 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Krallığının sabiq vəliəhdi və keçmiş daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuda sarayından çıxmasına icazə verilmir.

movqe.az xəbər verir ki, bu barədə ABŞ və Səudiyyə məmurlarına istinadən NYT məlumat yayıb. 

Məhəmməd bin Nayif krallığı və Ciddədəki sarayını tərk etmək qadağan edilib. 

Mənbələrin məlumatına görə, buna səbəb Məhəmməd bin Nayifin yeni vəliəhd Məhəmməd bin Salmana qarşı olan müxalif qüvvələrin başına keçmək istəməsidir.

Bu qadağaların nə qədər sürəcəyi bəlli deyil. Amma Səudiyyə Ərəbistanının XİN nümayəndəsi isə bunun əsassız və yanlış məlumat olduğunu bəyan edib.