Donetskin mərkəzində partlayış olub: ölən və yaralanan var

30 İyun 2017 09:00 (UTC+04:00)

Donetskin mərkəzində partlayış baş verib. 

Movqe.az-ın "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ölənlər var, yaralılara tibbi yardım göstərilir. 

Bildirilir ki, əldəqayırma partlayıcı qurğu partlayışa səbəb olub.