Aşıq Əlinin qohumunu toyda qətlə yetirən şəxs məhkəmə qarşısında

30 İyun 2017 13:59 (UTC+04:00)

Toyda spirtli içki qəbul edərək keçmişdə ədavəti olan idmançını qətlə yetirməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Vüsal Nemətov cinayət işi üzrə məhkəmə başlayıb.  Bakı Ağır  Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
 
 
Məhkəmə baxışı iyulun 7-i təyin edilib.
 
 
Qeyd edək ki,  qətl ötən il Qobustan  rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.
 
 
Bildirilib ki, Vüsal Nemətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub.
 
Onu da qeyd edək ki,  qətlə yetirilən F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.