Almaniya da eynicinslilərə “hə” dedi

30 İyun 2017 14:59 (UTC+04:00)

Almaniya Kansleri Angela Merkelin Bundestaqda “Xristian-demokratik ittifaqı” və “Xristian-sosial ittifaqı” partiyalarından ibarət bloku eynicinsllilərin nigahını dəstəkləyən qanunu dəstəkləyib.

Qanun layihəsi parlamentin aşağı palatasında 393 deputatın səs çoxluğu ilə qəbul edilib. İndi Almaniya parlamentinin yuxarı palatası qanunun taleyini həll etməlidir.

Qanun layihəsinə əsasən, cinsi azlıq nümayəndələri rəsmən nikah bağlaya biləcək və hətta uşaq övladlığa götürə biləcəklər. 

Qeyd edək ki, ilk dəfə eynicinsllilərin nigahını dəstəkləyən qanun 2001-ci ildə Niderlandda qəbul edilib. Daha sonra 2003-cü ildə Belçika, 2005-ci ildə İspaniya və Kanada, 2006-cı ildə Cənubi Afrika, 2009-cu ildə Norveç və İsveç, 2010-cu ildə Portuqaliya və İslandiya, 2012-ci ildə Danimarka, 2013-cü ildə Yeni Zelandiya və Fransada eynicinsllilərin nigahına icazə verən qanun qüvvəyə minib.