10 yaşlı uşağın meyiti tapıldı - Xurma ağacından asılıb

30 İyun 2017 15:20 (UTC+04:00)

Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.