Bakıda ərəb turistin başına iş gəldi - Hamamda...

30 İyun 2017 15:37 (UTC+04:00)

Bakıda turist qaldığı oteldə xəsarət alıb. Movqe.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən "Park İnn" otelində baş verib. Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Salam Ahmed Əl Badoor nömrənin hamamında olarkən yıxılıb. Bel nahiyəsindən ağır xəsarət alan turist xəstəxanaya aparılıb. Qeyd edək ki, hadisə ehtiyatsızlıqdan baş verib.