Bakıda hündürlükdən yıxılan 2 yaşlı uşaq xəstəxanada ölüb

30 İyun 2017 15:59 (UTC+04:00)

Bakıda yaşadığı mənzilin ikinci mərtəbəsindəki pəncərəsindən yıxılan iki yaşlı uşaq xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə iyunun 28-də Xətai rayonu ərazisində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Rəvan Bəydəmirli müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
R.Bəydəmirli bu gün xəstəxanada dünyasın dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.