Azərbaycanda narkomanların sayı açıqlandı

30 İyun 2017 13:28 (UTC+04:00)

Bu gün Respublika Narkoloji Dispanserində narkomaniyaya qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Narkoloji Dispanserinin baş həkim müavini Bilal Əsədov qeyd edib ki, ötən ilin statistikasına əsasən, respublika üzrə rəsmi olaraq 29948 nəfər qeydiyyatda olan narkoman var.
Onlardan 612 nəfəri qadınlardır. 2017-ci ilin 6 ayı ərzində isə 657 nəfər məcburi müalicəyə cəlb olunub. Narkomaniya ilə mübarizənin müasir üsulu isə Metadon əvəzedici müalicə proqramıdırr. Bu proqramla hazırda 202 xəstə müalicə alır ki, bunun da yarıdan çoxu qadınlardır. Narkomaniya ilə mübarizə üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək” devizi ilə bütün ali və orta məktıəblərdə maarifrləndirmə tədbirləri aparılır.
Tədbirdə qeyd olundu ki, narkomaniya az sayda uşaqlar arasında da yayılıb. Belə ki, bəzi yeniyetmələr benzin, kley və s. bu kimi maddələr iyləməklə narkomaniyaya qurşanır. Bu il 14-17 yaş arasında 5 nəfər var.
Respublika Narkoloji Dispanserinin şöbə müdiri Pərvin Məmmədov Publika.az-a açıqlamasında bildirdi ki, hazırda mərkəzdə 160-dan çox xəstə yatır. Onlardan 16 nəfəri məhkəmə qərarı ilə kənara çıxış icazəsi olmayanlardır. Digərlərinin isə istəəklərinə uyğun olaraq, müəyyən saatlarda evə buraxılmalarına icazə verilir.

Zülfiyyə QULUYEVA