Baş epidemioloq "donuz qripi" ilə bağlı bəyanat verdi
21 Fevral 2013 12:35 (UTC+04:00)
"Rusiyanın Moskva ətrafındakı Puşkino şəhərində 8 yaşlı oğlanın
"donuz qripi"ndən dünyasını dəyişməsinin Azərbaycan üçün heç bir
qorxusu yoxdur. Dövlət sərhəd keçid məntəqələrində sanitar karantin
müfəttişliyi sərhədi keçən hər bir şəxsi müayinədən keçirir. Ölkədə
"donuz qripi" təhlükəsi yoxdur. Əgər Rusiyada belə hal qeydə
alınıbsa, bundan narahatçılıq keçirmək lazım deyil".
Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin baş epidemioloqu
İbadulla Ağayev söyləyib. Onun sözlərinə görə, bu fakt ölkədə
azyaşlı uşaqların "donuz qripi" nə görə vaksin edilməsini də
şərtləndirmir: "Hazırda ölkədə "donuz qripi"nə görə təhlükə yoxdur.
Buna görə uşaqları bu qripə görə peyvənd etməyə ehtiyac
yoxdur. Hansısa virusu insanın bədəninə yeridərək orqanizmi
qıcıqlandırmaq lazım deyil. İnsanlar qripdən qorunmaq üçün əksinə,
immuntetlərini artırmaq üçün qidalar qəbul etməli, mövsümə uyğun
geyinməlidirlər ki, xəstələnməsinlər. Bədənin soyması kəskin
respirator xəstliyin baş qaldırması üçün münbit mühit yaradır. Odur
ki, vaksin barədə düşünməkdənsə, hər kəs orqanizminin bu viruslara
yoluxmaması üçün immun sisteminin gücləndirilməsi üçün
çalışmalıdır"