Azərbaycan hökuməti heç bir yerdə heç bir diaspor təşkilatına
danışıqlar aparmağa səlahiyyət verməyib. Movqe.az-in məlumatına
görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədov bəzi xarici ölkələrdə bir sıra təşkilatların
azərbaycanlıların adından ermənilərlə danışıqlar aparmasına
münasibət bildirərkən deyib.
"Biz belə danışıqları tanımırıq, belə bir danışıqların
aparılmasının hüquqi əsası yoxdur. Düşünürəm ki, bunlar da müəyyən
təsir altında, təyziq altında, şirnikləndirici proseslər
nəticəsində bu əlaqələri qurur, danışıqlar apardığını iddia edir",
- o deyib.
Məmmədov qeyd edib ki, belə danışıqların heç bir hüquqi, siyasi və
digər əsası yoxdur, ola da bilməz.