Şəmsədi
23 Fevral 2013 11:47 (UTC+04:00)
"İki dövlət qurumu olan Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası (TQDK) arasında münasibətlər belə olmamalıdır.
Hər kəs öz işi ilə məşğul olmalıdır".
Bu barədə APA-ya açıqlamasında Milli
Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev
bildirib. Onun sözlərinə görə, TQDK ilə Təhsil Nazirliyi arasında
dərslik probleminin həlli ilə bağlı birgə komissiya da yaradıla
bilər: "Bu qurumların hər birinin konkret vəzifələri var. Ona görə
də yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olub ümumi işimizə
fayda versinlər. Yəqin ki, bu qurumlar müəyyən bir ortaq məxrəcə
gələcəklər".