Şimali Koreyada 3G-nin meqabayt qiyməti neçəyədir?

25 Fevral 2013 15:47 (UTC+04:00)

Bəzi müştərilərə mobil internet xidmətinin təmin edilməyə başlandığı Şimali Koreyada 3G xidmətinin ödənişinin nə qədər olduğu maraq mövzusu olub. Movqe.az xəbər veri ki,  Şimali Koreyanın tək telekommunikasiya şirkəti olan Koryo Link, artıq xarici müştərilərinə mobil internet xidməti təmin edir. Koryo "Link"in ilk 3G müştərisinin ölkədəki Çinin mərkəzli Xinhua xəbər agentliyinin müxbiri olduğu məlum olub. Şimali Koreyadakı 3G ilə Twitter, Facebook kimi sosial şəbəkə saytlarına daxilolma təmin edilib edilə bilmədiyi mövzusunda isə hələ də qəti məlumat yoxdur. Şimali Koreyada flaş disklər sayəsində artıq notbukların internetə qoşula biləcəyi bildirilib. Alınan məlumata görə, aylıq 150 Avroya 2 GB, 250 avroya 5 GB, 400 Avroya 10 GBlik internet daxilolma haqqı verilir.