Donuz qripi virusu aşkarlandı

26 Fevral 2013 10:39 (UTC+04:00)

Rusiyanın Kamçatka yarımadası ərazisində son bir həftə ərzində 12 donuz qripinə yoluxma halı qeydə alınıb. "Rospotrebnadzor"un məlumatına görə, A(H1N1) virusuna yoluxma halının 9-u Petropavlovsk-Kamçatsk, 3-ü isə Yelizovsk rayonunun sakinlərində aşkar edilib.


Daha 2 nəfərdə isə A(H3N2) qrupuna aid virus aşkarlanıb. Həmin şəxslərin son vaxtlar Kamçatka diyarının hüdudlarını tərk etmədiyi bildirilir.


Petropavlvsk-Kamçatsk məktəblərində karantin elan edilib.