Jerar Depardye Azərbaycanda film çəkəcək
26 Fevral 2013 11:43 (UTC+04:00)
Əfsanəvi fransalı kinoaktyor Jerar Depardye Azərbaycanda idmanla
bağlı film çəkəcək. Movqe.az saytının məlumatına görə, bunu onun
həmyerlisi kinoprodüser Arno Frille açıqlayıb.
O, Rusiya mətbuatına verdiyi müsahibədə postsovet məkanı ölkələri
ilə bağlı planlarını açıqlayıb: "Yazda Qazaxıstana "Çöllərin səsi"
filmini çəkəcəyik. Bundan sonra Çindən Özbəkistana keçərək
Türkiyəyə qədər olan Böyük İpək Yolu ilə bağlı 12 filmdən ibarət
teleserialı ekranlaşdıracağıq. Jerar bu serialda Bizans imperatoru
rolunu ifa edəcək. Gələn yay Azərbaycanda idmana həsr olunan böyük
filmin hissəsini çəkəcəyik".
Qeyd edək ki, Depardye bu yaxınlarda Fransa vətəndaşlığından imtina
edərək Rusiya pasportuna yiyələnib.