İrəvanda üsyan çağırışı: "Silahlanın, ölkəni Sarkisyandan azad edək!"

11 Avqust 2017 15:55 (UTC+04:00)

Bu gün İrəvanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib. İclasın təxirə salınmasından sonra, siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.

Movqe.az azvision.az-a istinadən xəbər verir ki, aksiya zamanı hazırkı hakim Sarkisyan rejiminin əleyhinə fikirlər səsləndirilib.

Aksiyaçılar Ermənistanı Sarkisyanın cinayətkar dəstəsindən azad etmək üçün xalqı silahlanmağa çağırıblar.