Dənizdə batan daha 4 nəfər xilas edilib

18 Avqust 2017 19:45 (UTC+04:00)

Sabunçuda dənizdə batan daha 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 16:00-da başa çatıb.